Lənkəranda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı


Digərləri 09 Noy 2018 17:20:00 250 0

Lənkəranda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Lənkəran şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Lənkəran şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Bəxtiyar Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilərək götürülüb.