Rafael Dadaşov: Amaliya Pənahova bütün ömrünü teatr incəsənətinə həsr edib


Digərləri 09 Noy 2018 17:15:19 320 0

Rafael Dadaşov: Amaliya Pənahova bütün ömrünü teatr incəsənətinə həsr edib

Hələ gənclik illərindən, daha dəqiq desək, ikinci kursdan öz ömrünü teatrla bağladı və ömrünün sonuna qədər oynadı.

Bakı. Cani Babayeva - Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında teatr və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova ilə vida mərasimi keçirilib. Mərasimdə iştirak edən Xalq artisti Rafael Dadaşov Trend-ə müsahibəsində deyib ki, Amaliya Pənahovanın ölümü onun üçün böyük itki oldu: "Məni bu xəbər çox pis təsir etdi. Hətta mənə müsahibə üçün zəng vurdular, danışa da bilmədim". Xalq artisti vurğulayıb ki, Amaliya Pənahova öz ömrünü teatra həsr etmiş böyük xadim olub: "Hələ gənclik illərindən, daha dəqiq desək, ikinci kursdan öz ömrünü teatrla bağladı və ömrünün sonuna qədər oynadı". Qeyd edək ki, aktrisa 2018-ci il noyabrın 8-də 73 yaşında vəfat edib.