"Bellingcat": Ermənistan SQ Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Naxçıvanla sərhəddəki mövqelərini tərk edir (FOTO)


Digərləri 09 Noy 2018 17:06:14 289 0

"Bellingcat": Ermənistan SQ Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Naxçıvanla sərhəddəki mövqelərini tərk edir (FOTO)

Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında yeni strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib.

Bakı. Fikrət Doluxanov - Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında yeni strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Trend-in məlumatına görə, bu barədə Avstraliya İnstitutunun tədqiqatçısı Masis İngilizyanın "Bellingcat" açıq araşdırmalar portalında dərc olunmuş məqaləsində deyilir. M.İngilizyan qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Naxçıvan-Ermənistan sərhədində neytral adlandırılan ərazidə mühəndiş işləri aparır. O cümlədən sərhəddə Ermənistan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində yeni yollar çəkilib. Onun sözlərinə görə, "Planet Labs" tərəfindən aparılmış peyk çəkilişləri əsasında görünür ki, Azərbaycan 2018-ci ilin mayında tutulmuş, hazırda erməni silahlılarının ilk müdafiə xəttinə və ermənilərin mühüm strateji hərbi yoluna (çəkilişdə sarı çərçivədə göstərilir) nəzarət etməyə imkan verən yeni mövqelərə cari ilin yaz və payızında qoşun yeridib: "Bu ilin mayından aparılmış peyk çəkilişlərinə baxarkən görünür ki, Azərbaycan həmin yolla qeyri-rəsmi demarkasiya xəttinə daha da yaxınlaşıb".