Elçin Əfəndiyevlə Flora Kərimova arasında narazılıq "Özünüzü yaxşı aparın"
Digərləri 09 Noy 2018 16:29:00 275 0
Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.
Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.
Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.
Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.
Mənbə: milli.az