UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib (FOTO)


Digərləri 09 Noy 2018 15:56:45 294 0

UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib (FOTO)

UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib

Bakı. UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib. UNEC-dən Trend-ə verilən məlumata görə, seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseyn, Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul işçiləri və UNEC-in professor və müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov açaraq “Doing Business” hesabatı haqqında qısa məlumat verib. İAETİ-nin elmi katibi Rafail Rzayev “Azərbaycanın "Doing Business 2019" hesabatındakı mövqeyinin müqayisəli təhlili” mövzusunda təqdimatla çıxış edib.