Vətəndaşlara pulsuz tinglər paylanıldı


Digərləri 09 Noy 2018 15:26:00 273 0

Vətəndaşlara pulsuz tinglər paylanıldı

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq "Hər ailə ağac əksin" devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.

Son.az xəbər verir ki, 09 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə ümumilikdə 6000-ə yaxın müxtəlif cinli ağac tingi  paylanılıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara  ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.


Xəbərə aid fotolar