Masallıda 4 otaqlı evin tavanı və çardağı yandı


Digərləri 09 Noy 2018 15:29:00 253 0

Masallıda 4 otaqlı evin tavanı və çardağı yandı

Masallıda yanğın faktı qeydə alınıb.

Son.az-a FHN-dən verilən məlumata görə, yanğın rayonunun Qızılavar kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.