Bu il əlillik təyin olunanların sayında əhəmiyyətli azalma qeydə alınıb


Digərləri 09 Noy 2018 15:09:00 290 0

Bu il əlillik təyin olunanların sayında əhəmiyyətli azalma qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi, yanlış əlillik təyinatlarının qarşısının alınması istiqamətində aparılan işlər ilkin əlillik təyin olunanların sayında azalmaya səbəb olub.

Son.az xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb.

Cari ilin III rübündə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Belə ki, həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb.

Qrup

2018

 III rüb

2018

I rübə nisbətən azalma

2018

 II rübə nisbətən

azalma

I qrup

375

75,84%▼

36,87%▼

II qrup

1990