Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib (FOTO)


Digərləri 09 Noy 2018 15:04:28 241 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ABŞ-a səfər edib.

Bakı. 7-8 noyabrda ABŞ-ın Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunub. Trend-in məlumatına görə, KOBİA-nın təşkilatçılığı ilə nümayəndə heyətində innovasiya, təhsil və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən müəssisələr təmsil olunub. Sammitin əsas məqsədi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar, həmçinin innovasiya prosesləri, startapların stimullaşdırılması, araşdırma və inkişaf məsələlərinə dair fikir mübadiləsi və müzakirələr aparılması idi. Sammitdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə hazırda etibarlı tərəfdaş kimi bir sıra transmilli enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası prioritetdir, bu istiqamətdə önəmli işlər görülüb və hazırda da davam etdirilir.