Nardaranda əməliyyat - Silah-sursat və narkotik aşkarlandı


Digərləri 09 Noy 2018 14:03:00 263 0

Nardaranda əməliyyat - Silah-sursat və narkotik aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.