Mübahisə qətllə nəticələndi


Digərləri 09 Noy 2018 13:49:00 286 0

Mübahisə qətllə nəticələndi

Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. 

DİN-dən Son.az-a verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb. 


Xəbərə aid fotolar