ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər (FOTO)


Digərləri 09 Noy 2018 13:14:00 243 0

ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər (FOTO)

Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər

Bakı. Noyabrın 9-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Baş Qərargah rəisi yeni vəzifəyə təyin olunması münasibətilə general S.Lyonsu təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Regiondakı hərbi-siyasi və cəbhə xəttindəki hazırkı vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirərək münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkün olduğunu diqqətə çatdırıb. Azərbaycan-ABŞ münasibətlərinin ikitərəfli və NATO-nun müxtəlif proqramları çərçivəsində, o cümlədən təhsil sahəsində inkişaf etdiyini qeyd edən general-polkovnik N.Sadıkov bildirib ki, ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.