"Fanat" atanın videosu milyonları hiddətləndirdi


Digərləri 09 Noy 2018 12:59:00 253 0

"Fanat" atanın videosu milyonları hiddətləndirdi

Kiçik oğlu qapıda durmuş ata övladının qolkiperliyindən narazı idi. Rəqib komandadakı uşaqlar hücuma keçəndə o, balaca oğlunun ləng tərpəndiyini görür və uşağı itələyib yıxır.

Son.az European-a istinadən bildirir ki, top balaca qapıya dəyib qayıdır, amma rəqib oyunçu cəld tərpənərək topu təkrarən qapıya yönəldir.

Olay Uelsdə, 8 yaşına çatmamış uşaqlardan ibarət "Bow Street Magpies FC" və "Ysgol Llanilar FC" komandaları arasındakı oyunda çəkilib.

Kris Uilkins videonu Twitter-dəki akkauntunda paylaşandan sonra görüntülərə milyonlarla insan baxıb. Və baxanların tam əksəriyyəti "fanat" atanın yaramaz, hətta qəddar hərəkətini sərt tənqid edib.


Xəbərə aid fotolar