Bazar günü hava əsasən yağmursuz keçəcək


Digərləri 09 Noy 2018 12:57:00 223 0

Bazar günü hava əsasən yağmursuz keçəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 16-18° isti, Bakıda gecə 7-9°, gündüz 16-18° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.