Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)


Digərləri 09 Noy 2018 12:24:00 236 0

Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)

Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Bakı. Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.