Ölkədə bir gündə 99 cinayət qeydə alınıb


Digərləri 09 Noy 2018 11:18:06 282 0

Ölkədə bir gündə 99 cinayət qeydə alınıb

Noyabr ayının 8-dən 9-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb.

Bakı. Samir Əli - Noyabr ayının 8-dən 9-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeydə alınana cinayətlərin 21-i “isti izlər”lə açılıb. Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.