Millət vəkili: "Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin"


Digərləri 09 Noy 2018 09:59:00 296 0

Millət vəkili: "Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin"

"Dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan 9 noyabr - Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.