Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 09 Noy 2018 09:08:00 257 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.