Mehriban Xanlarova: "Həmin an bunu bildirməsəm, ürəyim partlayar..." FOTO


Kriminal 09 Noy 2018 08:40:00 381 0

Mehriban Xanlarova: "Həmin an bunu bildirməsəm, ürəyim partlayar..."  FOTO

Son.az bildirir ki, aktrisa Mehriban Xanlarova publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq qalmış suallarını tamamlayıb.

Böyük günah işləmədiyini deyən aktrisa müsahibəsində riyakar insanlardan gileylənib.

- İndiki ağlım olsaydı...

- Keçmişdə yol verdiyim səhvləri təkrar etməzdim.

- Ən böyük səhvim o olub ki...

- İnsanlara inanmışam.

- Dünyanı dəyişə bilsəydim...

- Yalanın və cəmiyyətdə bir-birimizə qarşı biganəliyin qarşısını alardım. İstəməzdim ki, insanlar bir-birinə kələk gələrək, hansısa yollarla nələrəsə nail olsun. Təəssüf ki, belələri ilə tez-tez rastlaşıram.

- Kiminsə yalan danışdığını biləndə...

- Əksər hallarda susmuşam, qarşı tərəfi utandırmaq istəməmişəm. Bəzən elə yalanlar eşidirəm ki, mənə çox pis təsir edir və sübut edirəm ki, dedikləri ağ yalandır. Həmin an bunu bildirməsəm, ürəyim partlayar.

- Qadınlar o kişilərə xəyanət etmir ki...

- Etməyən var ki?

- Seviləsi qadın olmağın ilkin şərti...

- Yəqin ki, ən çox yalan danışan, fırıldaqla məşğul olan xanımlar kişilər tərəfindən daha çox sevilir. Kişilər hər zaman sözün düzünü deyən xanımları qəbul edə bilir.

- Qadınlar yaşını ona görə, gizlədir ki...

- Yaşı gizlətmək mümkündür, maraqlıdır ki, bəs bədəni və üzünün cizgilərini necə gizlədəcəklər? 51 yaşındayam və heç bir yaş kompleksim yoxdur.

- Qadına qarşı şiddət...

- Özümü şiddətə məruz qalan müdafiəsiz qalan qadınların yerinə qoyuram. Çox acınacaqlı haldır, istəməzdim ki, qadınlar bunu yaşasın.

- Vicdanım haqqı...

- Vicdanım haqqı çoxlarına baxanda vicdanlı insanam.

- Tez-tez təəssüf edirəm ki...

- Saf və təmiz hisslər azalıb. Ən çox buna təəssüflənirəm.

- Tənhalıq qadın üçün lənətdir, yoxsa ki...

- Tənhalıq mənim üçün dəhşət və depressiya deməkdir. Təklikdən həmişə qorxmuşam.


Xəbərə aid fotolar