Beynəlxalq Kosmik Stansiyadan ayrılan yapon kosmik yük gəmisi Yerə istiqamət götürüb
Digərləri 09 Noy 2018 08:21:00 267 0
Yaponiyanın "Konochori" kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) məxsus kapsulla birlikdə yerə doğru hərəkətə başlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, proteinin sıfır qravitasiya şəraitində kristallaşması ilə məşğul olan ABŞ və Avropa astronavtları həmin materialı ehtiyatla kapsula yerləşdiriblər. Kapsul "Konochori" yük gəmisinin yuxarı hissəsinə bərkidilib.
Kapsul özü "Konochori"dən ayrılaraq, bazar günü Yerin atmosferinə daxil olacaq. Onun Oqasavara adaları yaxınlığında Sakit okeana düşməsi və yaxınlıqdakı gəmilər tərəfindən götürülməsi nəzərdə tutulub.
Mənbə: milli.az