Misirdə "soyuq silah" gəzdirməyə görə cəzanı sərtləşdirəcəklər


Dünya 09 Noy 2018 08:07:00 270 0

Misirdə "soyuq silah" gəzdirməyə görə cəzanı sərtləşdirəcəklər

Misirin Nümayəndələr Palatası "Silah haqqında" Qanuna düzəliş edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, düzəliş layihəsinə əsasən, müvafiq lisenziya olmadan "soyuq silah" əldə edilməsinə və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə cəzanın sərtləşdirilməsi nəzərdə tutulur. Bu qayda müvafiq icazəsi olmadan "soyuq silah", tapança və tüfənglərın idxalı, istehsalı və ya alveri ilə məşğul olan bütün şəxslərə də tətbiq ediləcək.