Akademik: Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir


Digərləri 09 Noy 2018 08:00:00 262 0

Akademik: Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Azərbaycanın qədim dövlətlərinə məxsus bayraqlar dünya sivilizasiyasının ilk bayraqlarıdır.

Bakı. İlhamə İsabalayeva - "Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycanın qədim dövlətlərinə məxsus bayraqlar dünya sivilizasiyasının ilk bayraqlarıdır. Bu baxımdan bizim dövlət bayrağımız 1918-ci ildə yaradılmayıb". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir. Y.Mahmudov qeyd edib ki, Azərbaycanın böyük dövlətlərinin (Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar) öz bayraqları olub. İnstitut direktoru əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərara əsasən qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdu. Tarixçi deyib ki, üçrəngli bayrağımız Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasına əsasən 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib: