Yaponiyada qar yengəci hərracda rekord məbləğə satılıb


Digərləri 09 Noy 2018 07:32:00 276 0

Yaponiyada qar yengəci hərracda rekord məbləğə satılıb

Yaponiyada hərracda yüksək keyfiyyəti ilə seçilən "İtsukiboşi" qar yengəci rekord məbləğə - 2 milyon yenə (təqribən 19 min dollar) satılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yapon dilindən tərcümədə "Beş parlaq ulduz" mənasını verən "İtsukiboşi" növünə aid yengəcin gövdə hissəsinin diametri 14,5 santimetr, çəkisi 1,28 kiloqrama bərabərdir.

İndiyədək bu növə aid olan yengəc ən yüksək qiymətə 2016-cı ildə satılmışdı - 1,3 milyon yen (təqribən 11,5 min dollar). "İtsukiboşi" növünə aid qar yengəcləri gündəlik ovun yalnız 0,03 faizini təşkil edir.