Baldızının qızına təcavüz edənə HÖKM OXUNDU


Kriminal 09 Noy 2018 05:30:00 306 0

Baldızının qızına təcavüz edənə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Kamil Göyüşovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, K.Göyüşov 13 il müddətinə azadlıqdan məhrum edilib.  İttihama görə, K.Göyüşov 14 yaşına çatmayan baldızı qızı Zümrüd Əliyevaya (ad-soyad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.