Azərbaycan orqan sənətinin inkişafı yolu mövzusunda elmi konfrans keçirilib (FOTO)


Digərləri 09 Noy 2018 05:24:35 246 0

Azərbaycan orqan sənətinin inkişafı yolu mövzusunda elmi konfrans keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan orqan sənətinin inkişafı yolu” (1900-2018 illər) mövzusunda elmi konfrans keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ilk dəfə keçirilən Orqan Musiqisi Festivalı çərçivəsində “Azərbaycan orqan sənətinin inkişafı yolu” (1900-2018 illər) mövzusunda elmi konfrans keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Orqan Musiqisi Festivalı “Mədəniyyət” televiziya kanalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir. Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqanologiya elmi laboratoriyasının müdiri, professor Maya Qafarova, orqan sinfinin müdiri, professor Tahirə Yaqubova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri Sevil Fərhadova, Bəstəkarlar İttifaqının üzvü, dosent Lətifə Əliyeva və Azərbaycan Respublikasında Höte İnstitutunun Alman dili tədris mərkəzinin müdiri Zəhra Əlıyeva Azərbaycanda orqan musiqisinin inkişaf yolu haqqında müxtəlif mövzularda məruzələrlə çıxış etdilər.