Aya ilk ayaq basan insanın əşyaları satıldı


Digərləri 09 Noy 2018 05:04:00 301 0

Aya ilk ayaq basan insanın əşyaları satıldı

Amerikalı kosmonavt Nil Armstronqun əşyaları hərracda satışa çıxarılıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Armstronq Aya ilk ayaq basan insan kimi dünya tarixinə düşüb.

"Heritage" hərrac evi məsələ ilə bağlı açıqlama verib. Açıqlamaya əsasən, Armstronqun şəxsi əşyaları 7.4 milyon dollara satılıb. Hərracda ən baha qiymətə satılan əşya kosmonavtın "Apollo 11 Eagle" şəxsiyyət vəsiqəsi olduğu bildirilir. Bu karta 468 min 500 dollar qiymət qoyulub.