Tələbələrə müəllimlərin holoqramları dərs keçəcək


Digərləri 09 Noy 2018 04:30:00 328 0

Tələbələrə müəllimlərin holoqramları dərs keçəcək

London İmperiya Kollecində tələbələrə müəllimlərin holoqramları dərs keçəcək. Mühazirə həm əvvəlcədən yazılmış formada, həm də real vaxt rejimində aparıla bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, "Arht Media" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi sistem sayəsində mümkün olub. Los-Anceles və Toronto şəhərlərində yerləşən iki studiya yeni sistemlə təchiz edilib. Müəllim bu studiyaya gəlir, xüsusi kameralar burada baş verənləri lentə alır. Auditoriya ilə əlaqə saxlaması üçün onun qarşısındakı yüksək təsvir ölçülü ekranda tələbələrin əyləşdikləri otağın görüntüsü yayımlanır. Mühazirə zalında isə müəllimin təsviri xüsusi fonda şüşə ekrana proyeksiya edilir.