Danimarkada üç iranlı həbs edilib


Dünya 09 Noy 2018 02:30:00 253 0

Danimarkada üç iranlı həbs edilib

Danimarkada İranın Əhvaz şəhərində baş verən terror aksiyasına dəstək ifadə etdiyinə görə müxalifət mövqeyində olan 3 nəfər iranlı həbs edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İran rejiminə qarşı olan bu insanlar müxtəlif ictimai yerlərdə və toplantılarda Əhvazdakı terror aksiyasını dəstəklədiklərini ifadə ediblər.

Danimarka qanunlarına görə terrora dəstək ifadə edənlər cinayət məsuliyyətinə cəlb olunurlar. Polisin məlumatına görə, bu şəxslər məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.