Övladını mediadan gizlədən məşhurlar SİYAHI FOTO


Şou-biznes 09 Noy 2018 02:01:00 296 0

Övladını mediadan gizlədən məşhurlar  SİYAHI  FOTO

Şou-biznes nümayəndələrinin bir çoxu tez-tez övladı ilə  fotolar paylaşır, tədbirlərə və fotokameralar qarşısına uşaqları ilə keçir. Amma onlardan bəziləri var ki, nəinki övladının şəklini yayımlamaq, heç onun varlığından belə danışmağı sevmirlər. 

Son.az axşam.az-a istinadən övladını gizlədən tanınmışların siyahısını təqdim edir:

Xalq artisti Faiq Ağayevin illər əvvəl bir oğlu olduğu ortaya çıxıb. Müğənni övladı ilə bağlı suallara belə "Keçək növbəti suala" cavabını verir.

Əməkdar artist Abbas Bağırovun ilk evliliyindən bir qız övladı var. Abbas heç vaxt övladı haqda danışmır və onun fotoları heç vaxt mediada yayılmayıb. İfaçı ikinci dəfə ailə qurub və bir neçə ay bundan əvvəl onun oğlu dünyaya gəlib. 

Əməkdar artist Xumar Qədimova da bir oğul anasıdır. Qədimova heç vaxt övladının üzünü göstərməyib. O, evində çəkilişlər etdiyi vaxt belə, oğlunu gizlətməyib. Müğənni övladının da efirlərə çıxmaq istəmədiyini bildirib.


Xəbərə aid fotolar