Xərçəng bu gözəl insanı... Məşhurlardan Amaliya Pənahova haqda TƏSİRLİ SÖZLƏR


Kriminal 09 Noy 2018 01:30:00 569 0

Xərçəng bu gözəl insanı...  Məşhurlardan Amaliya Pənahova haqda TƏSİRLİ SÖZLƏR

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib.

Son.az bildirir ki, kino aləminin görkəmli nümayəndələri aktrisa ilə bağlı xatirələrini publika.az-a bölüşüb:

Kinorejissor, ssenarist, xalq artisti Eldar Quliyev Amaliya Pənahovanın əvəzolunmaz teatr və kino ulduzu olduğunu vurğulayıb:

"Amaliya xanımın vəfatı bizim üçün böyük itkidir. Onunla "Babək" filminin çəkilişləri ərəfəsində tanış olmuşduq. Amaliya xanım bir çox rolların mahir ifaçısı olub. Heç bir aktrisa onun yerini tuta bilməz, hər kəsin öz dəsti-xətti, öz rolu və xarizması var".

Xalq artisti Həmidə Ömərova xəbərin şokundan hələ özünə gələ bilmədiyini deyib:

"Səhər tezdən eşitdim, bu xəbər mənə həddən artıq pis təsir etdi. Heç kim bilmirdi ki, o xəstədir. Bu, deyəsən, iki-üç günün söhbəti olub. Bildiyim qədəriylə o, bir neçə gün əvvəl Akademik Dram Teatrında baş tutan tədbirdə iştirak etmişdi.

Amaliya xanımın istər teatrda, istər kinoda öz yeri var. O, Azərbaycan səhnəsinə ölməz izlər qoyub. Onun özünəməxsus obrazları, danışıq tərzi, səs tembri, insanlarla ünsiyyət qurmaq bacarığı var idi. Allah ona rəhmət eləsin..."

Əməkdar artist Məlahət Abbasova:

"Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın! Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli: