Təyyarə meyvəyə görə məcburi eniş etdi
Digərləri 09 Noy 2018 01:02:00 254 0
İndoneziya hava yollarına məxsus, Cakartadan Bengkulu şəhərinə uçan təyyarə adi bir meyvəyə görə məcburi eniş edib.
Son.az oxu.az-a istinadən bildirir ki, sərnişinlərin təyyarənin salonundan çox ağır qoxunun gəlməsindən şikayət etməsi təyyarənin yolunu dəyişməsinə səbəb olub.
Təyyarənin yük yerinə yığılmış iki ton durian meyvəsinin iyi bütün təyyarəni bürüyüb və sərnişinləri narahat etməyə başlayıb.
Mənbə: milli.az