Şirvanda yanğın nəticəsində 2 azyaşlı həlak olub


Digərləri 09 Noy 2018 01:06:00 229 0

Şirvanda yanğın nəticəsində 2 azyaşlı həlak olub

Şirvan şəhərində evdə yanğın olub.

Bakı. Şirvan şəhərində evdə yanğın olub. Trend-ə FHN-dən verilən məlumata əsasən, noyabrın 8-də saat 20:50 dəqiqədə Fövqəladə Hallar Nazirliyinə Şirvan şəhərində fərdi evdə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 20:54-də hadisə yerinə çatıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatanda evdə açıq alov müşahidə olunurdu. Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.