Günün qoroskopu: yeni ideyalardan birinin sayəsində gəlirlərinizi artıra bilərsiniz


Digərləri 09 Noy 2018 00:01:00 248 0

Günün qoroskopu: yeni ideyalardan birinin sayəsində gəlirlərinizi artıra bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yerinə yetirilməsi ilə bağlı azacıq şübhənizin olduğu öhdəliklərə boyun olmayın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sənədlərin imzalanması məsləhət deyil. Texnoloji fəaliyyətlə məşğulsunuzsa, gün uğurlu olacaq.

Günün ikinci yarısı hüquq-mühafizə orqanları və əmlak məsələlərini tənzimləyən qurumlardan birinin təmsilçisi ilə ünsiyyətdə olacaqsınız. Münasibətlər gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münaqişə etməmək üçün ehtiyatlı və səbrli davranmalısınız. Mənfi emosiyalarınıza nəzarət edin.

Axşam saatlarını dostlarla keçirin.

Buğa - məsləhətlərə qulaq asın. Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz. Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq.

Günün ikinci yarısında müzakirələrdə opponentlərinizi üstələyə bilərsiniz.

Mübahisələrdə aqressivlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. İnsanların gur olduqları yerlərə yollanmayın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Səhhətinizin qeydinə qalın, rasiona fikir verin.

Əkizlər - zərərli vərdişlərdən birindən yaxa qurtarmaq üçün əlverişli zamandır. Pəhrizə başlamaq, qidalanma sistemini nizamlamaq olar. İdmanla məşğul olmağa başlaya bilərsiniz.

Günün ilk yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir.

Günün ikinci yarısında isə yaxınlarınızdan birinin sizə iradları olacaq. Emosional davranmayın, təmkinli olun və belədə münaqişəyə yol verməyəcəksiniz. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz.

Sağlamlıqla bağlı kiçik problem istisna deyil.  

Xərçəng - uğurlu gündür. Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz. Qəfil hədiyyə, təklif və ya sifariş istisna deyil. Yeni dostlar tapa bilərsiniz.

Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, kreativ davranın.

Günün ikinci yarısında yaxın ətrafınızda olan insanlara təsir edin. Situasiyadan yararlanaraq görüş planlaşdırın, münaqişəni çözməyə, anlaşılmazlığı aradan qaldırmağa çalışın.

Axşam saatlarında eqoizmə yer olmamalıdır.

Şir - karyeranız üçün əlverişli zamandır. Humanitar sahədə fəaliyyət göstərirsinizsə, çoxdankı planlardan birini gerçəkləşdirə bilərsiniz. Özünüzdən bədgüman olmayın. İmprovizə edin, şəraitdən asılı olaraq planlara dəyişikliklər edin.

Günün ikinci yarısında önəmli görüş zamanı sayıq və diqqətli olun. Axşam saatlarında əhvalınız pisləşə bilər. Orqanizminizin qeydinə qalın. Normal istirahət etməyə çalışın.

Alış-veriş etmək olar.

Qız - uğurlu və münasib zamandır. Ticarətlə bağlı fəaliyyət yaxşı gəlir vəd edir. Yeni layihəyə başlamaq olar. Maliyyə əməliyyatlarında diqqətli olun.

Günün ikinci yarısında önəmli qərar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Mümkün qədər çox iş görməyə can ataraq tələsik davranmayın. Enerji qıtlığı hiss edə bilərsiniz.

Əzələ ağrıları istisna deyil.