İslam tarixində ilk şəhidlər kim olub?


Digərləri 08 Noy 2018 23:15:00 300 0

İslam tarixində ilk şəhidlər kim olub?

İslam tarixində ilk şəhidlər məşhur səhabə Əmmarın atası Yasir və anası Süməyyədir. Süməyyə, əri Yasir və oğlu Əmmar İslamın ilk illərində müsəlman olmuşdular. Məkkədə müsəlmanlara əziyyət verildiyi günlərdə ən ağır işgəncələrə məruz qalanlar da onlar idilər. Rəvayətə görə, Süməyyənin əllərini dəvələrin quyruğuna bağlayıb dəvələri əks istiqamətlərə sürürdülər. Əzələləri gərilən, sümükləri sınan Süməyyə bütün işgəncələrə baxmayaraq İslam dinindən dönmədi. Nəhayət, o, Əbu Cəhlin vurduğu nizə yarasından şəhid oldu. Ondan bir az sonra əri Yasir də işgəncə altında dünyasını dəyişdi.