Sağlam qidalanma insan üçün hələ də əlçatmazdır


Digərləri 08 Noy 2018 23:20:00 322 0

Sağlam qidalanma insan üçün hələ də əlçatmazdır

Quelf universitetinin alimləri belə bir qənaətə gəliblər ki, Yer kürəsində insanların sağlam qidalanması üçün lazımi qədər meyvə və tərəvəz becərilmir.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlər tələb olunan meyvə tərəvəzi kənd təsərrüfatının istehsal etdiyi miqdarla müqayisə ediblər. Nəticədə çatışmazlıq müşahidə olunub. Qida sanayesi həddindən artıq çox taxıl, yağ və şəkər istehsal edir. Bir halda əhalinin meyvə, tərəvəz və zülal tərkibli qıdalara daha çox ehtiyacı var. Məsləhət olunduğu kimi, hər bir insanın qidasının 50% meyvə və tərəvəzlərdən ibarət olmalıdır. Qalan 50%-nin 25%-ni taxıl məhsulları, digər 25%-ni isə zülallar, yağlar və süd məhsulları təşkil etməlidir.