Mahmud Əhmədinejad necə oldu ki, repə meyl saldı?


Dünya 08 Noy 2018 22:05:00 336 0

Mahmud Əhmədinejad necə oldu ki, repə meyl saldı?

İranın keçmiş ziddiyyətli prezidenti Mahmud Əhmədinejad aktiv Twitter istifadəçisinə çevrilib.

Özünün təlatümlü səkkiz illik prezidentliyi müddətində o, Holokostu "əfsanə" adlandırmaq, geylərin mövcudluğunu inkar etmək və nəhayət Twitter-i yasaqlamaqla qəzet başlıqlarına çıxmışdı.

İndi isə o meydana qayıdıb və həm də dünya platformasının ingilisdilli hesabından istifadə edir - Amerika futbolundan tutmuş Latın Amerikası siyasətlərinə, Serena Williams-ın geyimlərindən tutmuş öz ad gününə qədər ən müxtəlif mövzularda postlar yazır.

Şəkilin Müəllif Hüquqları @Ahmadinejad1956@AHMADİNEJAD1956