Azərbaycana daxili orqanlarında narkotik keçirmək istədi


Kriminal 08 Noy 2018 20:12:00 232 0

Azərbaycana daxili orqanlarında narkotik keçirmək istədi

Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb. 

Bu barədə Son.az-a xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Biləsu­var" dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.