Azərbaycanda insanları sehirləyən ağac


Digərləri 08 Noy 2018 19:40:00 236 0

Azərbaycanda insanları sehirləyən ağac

Samux rayonundakı çinar ağacı həm nəhəg ölçüsü, həm də haqqında danışılan rəvayətlərlə diqqət çəkir. Əhali arasında yayılanrəvayətə görə Həzrəti Əlinin atının ayaq izi bu çinarın üstündə qalıb. Bura nəinki yerli sakinlər, hətta uzaq yerlərdən də ziyarətə gələnlər olur. Məsələyə din xadimləri də münasibət bildirib.

Son.az Qaynarinfo-ya istinadən bildirir ki, bu çinar ərazidən keçən hər kəsin diqqətini çəkir.

Samux rayonunun Kolayır kəndində yol kənarında yerləşənbu nəhəng ağacın 1500 ilə yaxın yaşının olduğu bildirilir. Əhali arasında yayılmış rəvayətə görə yeddinci əsrdə yaşamış Həzrəti Əli Azərbaycana gəlişi zamanı bu ərazilərdə olub və onun atının ayaq izi çinarın üstündə qalıb.

Elə bu səbəbdən də Həzrəti Əlinin atının adı ilə "Düldül" adlandırılan bu möhtəşəm çinar müqəddəs sayılaraq, ziyarətgaha çevrilib. Bura nəinki yerli sakinlərdən, hətta uzaq yerlərdən də ziyarətə gələnlər olur. Bu agacın diametri qollu- budaqlı 20 metrdən çoxdur.