Robokiper. Sofiyadan sonra növbəti robot Bakıya gəlir


Digərləri 08 Noy 2018 19:08:00 324 0

Robokiper. Sofiyadan sonra növbəti robot Bakıya gəlir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan "Robokiper" ölkəmizə gətiriləcək.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, "Robokiper" cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq "Bakutel -2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan "Robokiper" dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan "Robokiper" dünyanın hər yerində böyük maraqla qarşılanır.