ADA Universiteti Dövlət Bayrağı Gününü qeyd edib (FOTO)


Digərləri 08 Noy 2018 19:01:00 359 0

ADA Universiteti Dövlət Bayrağı Gününü qeyd edib (FOTO)

ADA Universitetinin müəllim və tələbə heyəti Dövlət Bayrağımızın 100 illiyini qeyri-adi şəkildə qeyd edib.

Bakı. ADA Universitetinin müəllim və tələbə heyəti Dövlət Bayrağımızın 100 illiyini qeyri-adi şəkildə qeyd edib. Universitetdən Trend-ə verilən məlumata görə, həftənin sonuncu iş gününün səhəri ali təhsil ocağında Tələbə Mərkəzinə toplaşan Universitet icmasının üzvlərinin dövlət himnini birgə oxumasıyla başlayıb. Daha sonra müəllim və tələbələr hər bir azərbaycanlı üçün müqəddəs atributa çevrilən bayrağın yüksəkliyə qaldırılarkən hansı hisslər yaşatdığını eşitmək üçün kürsüyə güləş üzrə dünya çempionu Ruslan Çunayevi dəvət ediblər. O, beynəlxalq idman yarışlarında zirvəyə doğru keçdiyi çətinlikləri təsvir edərkən, bildirib ki, Azərbaycan dövlət himninin sədaları altında dövlət bayrağımız qalxanda aldığı bütün zədələri və əziyyətləri unudur: “Hər insan işinin çempionu olmalıdır. Tələbələrə tövsiyyəm budur ki, həm dərslərdə, həm də dostlarla diqqətli olsunlar, çevrələrini düzgün seçsinlər ki, öz sahələrində qələbə çalmağa onlara heç bir şey mane olmasın.”