Dövlət Bayrağı Günü münasibətilə VİDEOçarx hazırlandı


Digərləri 08 Noy 2018 18:54:00 331 0

Dövlət Bayrağı Günü münasibətilə VİDEOçarx hazırlandı

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırladığı videoçarxı təqdim edir.

Son.az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır.

Layihənin reallaşdırılmasında məqsəd gənc nəsldə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq. Noyabrın 9-da seanslardan əvvəl kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda yayımlanacaq. Layhiənin çəkiliş Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.