Parazit qurdlarının genetik quruluşu öyrənilir


Digərləri 08 Noy 2018 18:36:00 437 0

Parazit qurdlarının genetik quruluşu öyrənilir

İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstərən və infeksion xəstəliklərə səbəb olan parazit qurdlarının genetik quruluşu öyrənilir.

Son.az ölkə.az-a istinadən bildirir ki, amerikan və ingilis alimlərinin apardığı geniş tədqiqatlar nəticəsində məlum olub ki, bir sıra ölkələrin iqlim şəraitində parazit qurdları tropik xəstəliklərə - milyonlarla insanın məruz qaldığı görmə qabiliyyətinin itirilməsi və onurğa sütunu disproporsiyasına səbəb olur.

Vaşinqton Universitetinin McDonell Genetika İnstitutunun əməkdaşı Makedonka Mitrevanın Britaniyanın Edinburq Universitetindən olan həmkarları ilə birgə apardığı tədqiqatlar göstərib ki, insan bədəninə daxil olan parazit qurdları milyonlarla il ərzində immun sistemimizə uyğunlaşaraq təkamül prosesi keçiblər. Onun sözlərinə görə, genetik araşdırmaların məqsədi həmin qurdların yaratdığı xəstəliklərin qarşısını almaqdır. Belə ki, parazit qurdu infeksiyası uzun illər davam edir və orqanizmdə müxtəlif xəstəliklərə, xüsusən uşaqlarda inkişafın pozulmasına səbəb olurlar.