Sürətli inkişaf: "Doing Business"də Azərbaycan həqiqətləri


Siyasət 08 Noy 2018 18:38:00 43 0

Sürətli inkişaf: "Doing Business"də Azərbaycan həqiqətləri

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Dünya Bankı növbəti hesabatını dərc edib. Orada 150-dən çox ölkənin biznes mühiti ilə bağlı xüsusi göstəricilər yer alıb. O cümlədən biznes fəaliyyətinin asanlaşdırılması üzrə reytinq cədvəli tərtib edilib. Hesabatda yazılır ki, Azərbaycanda biznesin asanlaşdırılması üzrə ciddi müsbət nəticələr əldə edilib. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlər əldə edən 10 ölkə sırasına daxil edilib. Müasir qlobal geosiyasi vəziyyəti və dünyanın inkişaf etmiş ölkələrində belə böhranın hiss olunduğu bir mərhələdə müstəqil Azərbaycana verilən bu qiymət çox vacib həqiqətləri bir daha meydana çıxarır. Məsələnin əhəmiyyətli aspektlərindən biri geosiyasi-iqtisadi dinamika ilə bağlıdır. Onun üzərində geniş dayanıb, təhlil aparmağa ehtiyac hiss edirik.

Reytinq cədvəlləri və reallıq: Dünya Bankının obyektiv qiymətləndirmələri

İndi kimsəni beynəlxalq təşkilatların reytinq göstəriciləri ilə təəccübləndirmək mümkün deyildir. Son on illərdə bu tendensiya o qədər güclənib ki, artıq inkişaf göstəriciləri adi hadisə kimi görünür. Lakin onların sırasında doğrudan da ciddi əhəmiyyəti olan nümunələr də mövcuddur. Dünya Bankının hazırladığı "Doing Business" hesabatı bu qəbildəndir. Onu biznes mühitinin qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab edirlər.

Məsələ ondan ibarətdir ki, "Doing Business" ölkələr üzrə aparılan islahatları qiymətləndirir. Bunun üçün Dünya Bankı həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə, məşhur konsaltinq şirkətlərindən konkret müəyyənləşmiş sorğulara cavab toplayır. Sonra onları ümumiləşdirir və uyğun reytinq cədvəli çıxarır. Hətta aparılan islahatların yoxlanılması məqsədi ilə ölkələrə xüsusi ekspert missiyaları göndərilir. Bununla da islahatların real praktikada tətbiqi yerlərdə uyğun meyarlar əsasında araşdırılır.

Bütün bunlar əsasında hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə qiymət balı hazırlanır. Onu vurğulayaq ki, "Doing Business" xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olaraq qəbul olunur. O, eyni zamanda, başqa beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda əsas rol oynayır.

"Doing Business 2019"da Azərbaycanla bağlı belə bir qiymətləndirmə vardır: "Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq, səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib". Onu ayrıca qeyd edək ki, bu hesabatda həmişə Azərbaycan irəliyə doğur gedən dövlət kimi göstərilib. Məsələn, 2016-cı ilin hesabatında reytinqi 65 göstərilibsə, 2018-ci ildə ölkəmiz 57-ci sıraya yüksəlib.

Bu məqamı ona görə xüsusi qeyd edirik ki, bir sıra beynəlxalq reytinq təşkilatları Azərbaycana qarşı kifayət qədər obyektiv mövqe tutmayaraq, ziddiyyətli informasiyalar yayırlar. Onlar Azərbaycanı müxtəlif bəhanələrlə tənqid etmək məqsədi ilə çoxlu süniləşdirmələrə yol verirlər. Buna dəfələrlə rast gəlinib. Həm də bu qərəzin fonunda Ermənistan haqqında şişirdilmiş və əsassız müsbət göstəricilər yazıblar.

"Doing Business" isə fərqlənir. Yuxarıda gətirdiyimiz konkret nümunələr göstərir ki, bu hesabatda ardıcıl mövqe tuturlar və çalışırlar ki, hər hansı ölkə barədə həqiqi mənzərə yaransın. Bu məqam onu göstərir ki, reytinq təşkilatlarının öz dairələrində hələ problemlər vardır. Onlar bir-birini təkzib edən cədvəlləri ortaya çıxarmaqla öz etibarlarını itirirlər. Bu məsələ ilə bağlı düşünülməsi çox müsbət nəticə verə bilərdi.

Bu məqamların işığında "Doing Business 2019" hesabatında ifadə edilən yuxarıdakı fikir olduqca maraqlı düşüncələrə təkan verir. Hər şeydən əvvəl aydın olur ki, Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında yeganə sürətli inkişaf edən ölkə kimi qəbul edilir. Digərləri barədə bunu demək mümkün deyildir. Sonra, Azərbaycan özəlliklə biznes mühitinin asanlaşdırılması istiqamətində ciddi islahatlar reallaşdıran ölkədir. Bunun təsdiqi "Doing Business 2019" hesabatının 10 indikatorundan 8-i üzrə Azərbaycanın mühüm irəliləyiş əldə etməsinin qeyd olunmasıdır. Bu, faktiki olaraq Azərbaycanın ən yaxşı islahatlar aparan ilk 10 ölkə sırasına daxil olması deməkdir.

Həmin faktın bizneslə yanaşı, geosiyasi aspektdə də böyük əhəmiyyətini anlamaq gərəkdir. Məsələ bundadır ki, yuxarıda vurğulanan göstəricilər real olaraq müstəqil dövlət quruculuğunun miqyasını ifadə edir və göstərir ki, Azərbaycan müstəqil dövlət kimi hansı meyarlara üstünlük verir, bu prosesdə nə dərəcədə uğurludur. Hesabatda ifadə edilən fikirdən isə məntiqi nəticə çıxır: Azərbaycan postsovet məkanında müstəqil dövlət qurmaq istiqamətində ən səmərəli islahatlar aparan dövlətdir.

İslahatlar yolu ilə: Azərbaycan proqramların işığında

Bu etiraf Cənubi Qafqazın geosiyasi-iqtisadi dinamikası ilə bağlı bir sıra dairələrin nə qədər yanlış təsəvvür yaratmağa çalışdığını bir daha nümayiş etdirir. Xüsusilə Ermənistan Azərbaycanı müasir tələblərə cavab verməyən dövlət kimi təqdim etməyə çalışır. Müxtəlif dairələrdə erməni siyasiləri Azərbaycanda insan haqlarının daim pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər. Reallıq isə nəyi sübut edir?

Yuxarıda vurğulanan faktlara görə, Azərbaycanda biznes mühiti regionun digər dövlətlərində olduğundan xeyli yaxşıdır. Bu səbəbdəndir ki, Cənubi Qafqazda məhz Azərbaycana ən çox sərmayə qoyurlar. Əgər Ermənistan və ya Gürcüstanda vəziyyət daha yaxşı olsaydı, sözsüz ki, ilk olaraq həmin ölkələrə daha çox kapital yatırardılar.

Deməli, faktlar Ermənistanın uydurduğu mənzərədən tamamilə fərqli mənzərəni ortaya qoyur. Bu halda Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir və bu statusu tam qəbul edilir. O cümlədən beynəlxalq təşkilatlar artıq mövqelərinə düzəlişlər edirlər. Geosiyasi olaraq bunun konkret müsbət nəticələri ola bilər.

Belə görünür ki, dünya dövlətləri Azərbaycanla bağlı mövqelərində ədaləti bərpa etmək seçimini etməkdədirlər. Uzun illər formalaşdırılan və həqiqətə uyğun olmayan təsəvvürləri real mövqe əvəz etməlidir. Hesabatda vurğulandığı kimi, biznes mühitini asanlaşdıran 10 ilk ölkə arasında yer almış bir dövlətin suverenliyi və ərazi bütövlüyü tam təmin olunmalıdır.

Digər tərəfdən, Azərbaycan rəhbərliyinin demokratik idarəetməni təkmilləşdirmək və cəmiyyətin bütün sahələri üzrə ardıcıl düşünülmüş islahat proqramlarını reallaşdırmaqda olduğunu bəzi dairələr dərk etməlidirlər. Prezident İlham Əliyev dövlətə başçılıq etdiyi müddətdə demokratik islahatları daim dərinləşdirib. Bu əlamət bütün sferaları - idarəetməni, iqtisadiyyatı, energetikanı, nəqliyyatı, hərbi sahəni, ekologiyanı əhatə edib.

Azərbaycanda quruculuq işləri daim və sistemli şəkildə həyata keçirilib. İdarəetmədə aparılan təkmilləşmə və şəffaflıq, korrupsiya ilə ciddi mübarizə, sosial-iqtisadi islahatların mütəmadi aparılması, əhalinin sosial təminatının inkişaf etdirilməsi, enerji və müdafiə sahələrində həyata keçirilən möhtəşəm proqramlar bütövlükdə ölkənin simasını yeniləşdirməkdə və dövləti sürətlə inkişaf etdirməkdədir.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirdiyi çox uğurlu proqramlarla regional əməkdaşlıq formatlarını da yeniləşdirir. Azərbaycanın daxili inkişafı Cənubi Qafqazın geosiyasi mühitinin daha da yumşalmasına, burada normal işgüzar mühitin yaranmasına birbaşa təkan verir. Məhz bu aspektdə Azərbaycanda biznes mühitinin daha yaxşı olması bütövlükdə Cənubi Qafqazın xeyrinədir.

Eyni fikri Ermənistan haqqında demək mümkün deyildir. Çünki bu forpost ölkənin rəhbərləri yalnız öz eqoist və şovinist maraqlarını güdürlər. Onların açıqlamalarına diqqət edəndə bu məqam tam aydın olaraq ortaya çıxır. Ermənistan siyasiləri və ekspertləri əsasən qonşu dövlətlərin torpaqlarına olan "tarixi" iddialardan bəhs edirlər. Onlar quruculuqdan deyil, başqasının torpaqlarını zəbt edib, "Böyük Ermənistan" yaratmaqdan dəm vururlar. Azərbaycan dünyanın müxtəlif ölkələrini bir araya gətirən möhtəşəm enerji, iqtisadi, nəqliyyat və s. layihələr həyata keçirirsə, Ermənistan bu müsbət prosesə qarşı necə təxribat törətməyi düşünür.

Belə bir mövqedə olan dövləti hansı əsasla demokratiya və insan azadlığı nümunəsi kimi göstərmək olar? Mümkün deyil. Bu səbəbdən sanki "Doing Business 2019" hesabatı dünyanı Azərbaycana qarşı ədalətli və obyektiv olmağa dəvət edir!

Parazit qurdlarının genetik quruluşu öyrənilir like
  • 08 Noy 18:36  
Digərləri Parazit qurdlarının genetik quruluşu öyrənilir

İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstər

arrow Ətraflı
Zəhlətökən reklamlardan bezənlər üçün xoş xəbər like
  • 08 Noy 18:32  
Digərləri Zəhlətökən reklamlardan bezənlər üçün xoş xəbər

"Google Chrome" zəhlətökən reklamlarla və fişinqlə olduqca radi

arrow Ətraflı
Bakı Media Mərkəzi Dövlət Bayrağı Günü münasibətilə videoçarx hazırlayıb like
  • 08 Noy 18:31  
Digərləri Bakı Media Mərkəzi Dövlət Bayrağı Günü münasibətilə videoçarx hazırlayıb

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibət

arrow Ətraflı
Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq like
  • 08 Noy 18:31  
Digərləri Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasi

arrow Ətraflı
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanıldı like
  • 08 Noy 18:28  
Digərləri Gözəllik salonlarından oğurluq edən şəxs saxlanıldı

Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştə

arrow Ətraflı
Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçirildi like
  • 08 Noy 18:24  
Kriminal Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçirildi

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşk

arrow Ətraflı
Qanunsuz balıq ovlayan şəxs tutuldu like
  • 08 Noy 18:20  
Digərləri Qanunsuz balıq ovlayan şəxs tutuldu

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatınd

arrow Ətraflı
Beyləqanda top mərmisi aşkarlanıb like
  • 08 Noy 18:19  
Digərləri Beyləqanda top mərmisi aşkarlanıb

Beyləqanda 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar olunub.

arrow Ətraflı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edilib like
  • 08 Noy 18:09  
Siyasət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edilib

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayə

arrow Ətraflı
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib like
  • 08 Noy 18:07  
Siyasət Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik

arrow Ətraflı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edilib like
  • 08 Noy 18:06  
Digərləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edilib

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayə

arrow Ətraflı
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib like
  • 08 Noy 18:04  
Digərləri Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik

arrow Ətraflı