Marsa virtual səyahət etmək mümkün olacaq


Digərləri 08 Noy 2018 18:40:00 246 0

Marsa virtual səyahət etmək mümkün olacaq

Yeni "Google Mars" layihəsi Qırmızı planetə 225 km məsafədə virtual səyahət etməyə imkan verir.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, planetin ən ətraflı xəritələrindən biri ABŞ Kosmik Agentliyinin (NASA) peyklərindən toplanan məlumatlar və agentlik və Arizona Universitetinin alimlərinin birgə fəaliyyəti əsasında tərtib olunub.

Xəritədə Mars səthi ilə müxtəlif rejimlər vasitəsilə tanış olmaq mümkündür. Yüksəkliklər xəritəsində planetin relyefini, onun kraterlərini və təpələrini öyrənmək olar. Spektrin görünmə sahəsi Marsın boz konturlarını göstərməklə səthə daha ətraflı baxmağa imkan verir. Bundan əlavə, Mars səthinin infraqırmızı spektrli şəkillərindən istifadə etmək olar. Burada isə planetin temperatur xəritəsi ilə tanış olmaq mümkündür.