Gözəllik salonlarından oğurluq edən şəxs saxlanıldı


Digərləri 08 Noy 2018 18:28:00 215 0

Gözəllik salonlarından oğurluq edən şəxs saxlanıldı

Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini etiraf edib.

Saxlanılan şəxsin ərtafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub. Qeyd edək ki, G.Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.


Xəbərə aid fotolar