Nazirlik: Məktəblərin istiliklə təchiz edilməsindəki problemlər aradan qaldırılır


Digərləri 08 Noy 2018 18:16:00 236 0

Nazirlik: Məktəblərin istiliklə təchiz edilməsindəki problemlər aradan qaldırılır

"Azərbaycanın bütün məktəblərində istilik sistemləri hər il olduğu kimi, bu il də noyabr ayının 15-dən işə düşəcək".

Son.az bildirir ki, bunu Report-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. 

Nazirlikdən qeyd olunub ki, Bakı və regionlardakı təhsil müəssisələrinin qış mövsümünə hazırlığı ilə bağlı bu ilin yayından müvafiq işlər aparılır.