Metroda iki xəttin birbirindən ayrılması qatarlararası intervalı azaldacaq


Digərləri 08 Noy 2018 18:04:00 267 0

Metroda iki xəttin birbirindən ayrılması qatarlararası intervalı azaldacaq

Bakı Metropolitenində iki xəttin - Qırmızı və Yaşıl xətlərin bir-birindən ayrılması qatarlararası intervalın azaldılmasına xidmət edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.

O qeyd edib ki, Qırmızı xətlə ("Həzi Aslanov" - "İçəri Şəhər" stansiyaları arası) Yaşıl xətt ("Dərnəgül" - "Xətai" stansiyalaı arası) "28 May" stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir: