Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edilib


Digərləri 08 Noy 2018 18:06:00 236 0

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edilib

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsinlər: Abdullayev Kamal Mehdi oğlu Əbdüləziz bin Osman əl-Tüveycri Əliyeva Leyla İlham qızı Əlizadə Akif Ağamehdi oğlu Əlizadə Firəngiz Əliağa qızı Koiçiro Matsuuro Nəcəfov Etibar Əli oğlu Salahov Tahir Teymur oğlu Şarovski Aleksandr Yakovleviç Zabelin Mixail Yuryeviç. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 noyabr tarixli 877 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №11, maddə 1479) ləğv edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin