"AccessBank" əməliyyat sistemini yeniləyir


Digərləri 08 Noy 2018 17:40:37 895 0

"AccessBank" əməliyyat sistemini yeniləyir

Daim müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün çalışan AccessBank bu istiqamətdə daha bir yeniliyə hazırlaşır.

Bakı. Daim müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün çalışan AccessBank bu istiqamətdə daha bir yeniliyə hazırlaşır. "AccessBank"dan Trend-ə verilən məlumata görə, belə ki, Bank dünyanın ən müasir bank əməliyyat sistemlərindən biri olan Temenos T24 bank əməliyyat sisteminin R10 versiyasından R16 versiyasına keçəcək. Başqa sözlə, Sizin yerli Avropa bankınızın əməliyyat sistemi tam altı pillə irəliləyir! Baş verəcək yeniliklər sayəsində bank xidmətlərinin keyfiyyəti və sürəti daha da artacaq, ən asası qabaqcıl texnoloji yenilikləri daha çevik və effektiv şəkildə tətbiq etməyə imkan yaradacaq. Nəticədə müştərilərimiz ən müasir bank xidmətlərindən daha rahat şəkildə və minimal vaxt sərf edərək istifadə edə biləcək. Sistemin yenilənməsi 9-11 noyabr tarixlərində baş tutucaq. Həmin müddət ərzində myAccess onlayn bankçılıq sisteminin və Cash-In ödəmə terminallarının işində məhdudiyyətlər yaranacaq.