Xaçmazda yol təmiri zamanı “KamAZ” fəhləni vurub öldürdü


Digərləri 08 Noy 2018 17:33:00 280 0

Xaçmazda yol təmiri zamanı “KamAZ” fəhləni vurub öldürdü

Xətai rayonu ərazisində yolun hərəkət hissəsinin təmiri zamanı “KamAZ” markalı avtomobillə orada fəhlə işləyən A.Hüseynov vurulub

Bakı. Samir Əli - Xaçmazda yol təmiri zamanı bədbəxt hadisə baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub və nəticədə o, hadisə yerində ölüb.